22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Budapeştdə daşqın: Dunay çayı daşdı

20-09-2024
IMG

Polşa, Çexiya, Avstriya və Rumıniyada 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğasının gətirdiyi sel suları Macarıstanı da vurub. Paytaxt Budapeştdən keçən və suyun səviyyəsi son 24 saatda 1 metr yüksələn Dunay çayının daşması nəticəsində daşqınlar baş verib. Çay boyu bütün yollar və qatar stansiyaları bağlanıb, bərə hərəkəti dayandırılıb. Sel suları çayın sahilindəki parlament binasının girişinə çatıb.

Daşqın səbəbiylə xaricdəki proqramlarını təxirə salan Macarıstanın Baş naziri Viktor Orban ölkə daxilində çaylarda 540 kilometrlik ərazidə daşqınlara qarşı tədbir görüldüyünü söyləyib. Mətbuat konfransında Orban daşqınla mübarizə üçün Macarıstan Su İşləri İdarəsi və ordu personalı da daxil olmaqla 6 min peşəkarın səfərbər edildiyini açıqlayıb.

Paylaş: