22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu qış “La Nina” iqlım dalğası təsirli olacaq

12-09-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatı  planeti soyudan La Nina iqlim dalğasının gələn qışda görünəcəyini açıqlayıb. Hesabatda 2024-cü ilin oktyabrından 2025-ci ilin fevralına qədər baş verəcək La Nina hava hadisəsi ehtimalının 60 faiz olduğu bildirilib. Bildirilib ki, La Nina Sakit Okeanın mərkəzi və şərqi ekvatorial hissəsində okean səthinin temperaturunun xeyli azalmasına, həmçinin külək, təzyiq və yağıntı kimi tropik atmosfer sirkulyasiyasında dəyişikliklərə səbəb olur.

Qeyd edək ki, hər bir La Nina hadisəsinin təsirləri onun intensivliyindən, müddətindən, inkişaf etdiyi ilin vaxtından və digər iqlim faktorları ilə qarşılıqlı təsirindən asılı olaraq dəyişir.

Paylaş: