Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilib
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 milyon manat, Prezident təqaüdləri üzrə 171 milyon manat ödənilib.
Üç ay ərzində 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...