22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu ilin altı ayında 74 min müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

15-07-2024
IMG

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 481 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 536 milyon manat, Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib.

Bu ilin 6 ayında 74 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 644 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Paylaş: