22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu ilin 6 ayında yol qəzalarında 333 nəfər ölüb, 598-i yaralanıb

13-08-2024
IMG

2024-cü ilin yanvar-iyun aylarında 681 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,8 faiz azalaraq 931 nəfər olmuşdur. Onlardan 333-ü həlak olmuş, 598-i isə yaralanmışdır. Hadisələrin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 27,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 9 nəfər yaralanmışdır. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Paylaş: