Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə təmin edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...