Bu gündən turistlər Ayasofiyaya giriş üçün 25 avro ödəyəcək
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Ayasofya məscidində elan etdiyi yeni tənzimləmə bu gündən qüvvəyə minib.
Tarixi məscidi mədəni məqsədlərlə ziyarət etmək istəyən xarici turistlər üçün giriş haqqı 25 avrodur. Səhər saatlarından etibarən xarici turistlər bilet kassalarının qarşısında sıxlıq təşkil edib.Yeni qaydalar məscidə ibadət üçün gələn Türkiyə vətəndaşlarına şamil olunmur.
Ayasofyada QR kod tətbiqi ilə həyata keçirilən sistemlə ziyarətçilər ibadət edənləri narahat etmədən öz mobil telefon qulaqlıqları və ya təqdim edilən birdəfəlik qulaqlıqlar vasitəsilə 23 dildə məlumat ala biləcəklər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...