Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat
Bu günədək 400 min hektardan artıq taxıl sahəsində biçin aparılıb.
Fhnews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan verilən məlumata görə, artıq payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb.
Artıq 403 min 503 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.
Hazırda respublikanın 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir. Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 faizi keçib, Naftalanda isə biçin başa çatıb.
Biçin prosesi davam edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...