Bu gün Ümumdünya Qəhvə Günüdür
2014-cü ildən etibarən hər il oktyabrın 1-i Beynəlxalq Qəhvə Təşkilatı tərəfindən Ümumdünya Qəhvə Günü kimi qeyd edilir.Bu yazımızda Afrikanın "təbii qəhvə" mərkəzi olan Uqandaya qiyabi səyahət edəcəyik.
Afrikanın şərqindəki Efiopiya və Keniya kimi ölkələr qəhvə istehsalı ilə diqqət çəkərkən, “təbii qəhvə” kimi tanınan Uqanda qəhvəsinin son illərdə ölkə iqtisadiyyatına verdiyi töhfələr artmaqdadır.
Güclü və turşulu qəhvə həvəskarlarının üstünlük verdiyi qəhvə növləri arasında yer alan Uqanda qəhvəsi iki növdə yetişdirilir: "Arabica" və "Robusta".
Uqanda Qəhvə İnkişaf Təşkilatının məlumatlarına görə, ötən il ölkədə 1,1 milyard dollarlıq qəhvə ixrac edilib.Qəhvə ixracının artdığı ölkədə ixrac rəqəmləri də dəyər və həcm baxımından son 30 ilin ən yüksək səviyyəsinə çatıb.Ölkədə 2022-ci ildə 846 milyon dollar olan qəhvə ixracı 2023-cü ildə 1,14 milyard dollara yüksəlib.
Uqanda Prezidenti Yoveri Museveni 2017-ci ildə başladılan "Qəhvə Yol Xəritəsi" proqramı çərçivəsində 2030-cu ilə qədər illik qəhvə ixracını 1,5 milyard dollara çatdırmağı hədəfləyir.
Uqandada iki növ qəhvə yetişdirilir: Arabica və Robusta. Arabica qəhvəsi ölkənin şərqində Keniya ilə sərhəddə, Robusta isə Viktoriya gölü ətrafında istehsal olunur. Arabica qəhvəsi acı və kəskin dada malik olsa da, Robusta daha yumşaq və şirin bir xüsusiyyətə malikdir.Robusta qəhvəsi Uqandaya xas qəhvə növü kimi tanınsa da, ölkə dünyanın ən böyük Robusta istehsalçılarından biri kimi tanınır.
Arabica ölkənin şərqindəki Elqon dağında başda olmaqla müxtəlif bölgələrdə yetişdirilir və ölkə iqtisadiyyatında mühüm yer tutur. Uqanda qəhvəsini ilk növbədə İngiltərə, ABŞ, İtaliya və Avstraliya kimi ölkələr alır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...