Bu gün Türkiyə məktəblərində ilk zəng çalınıb
Bu gün Türkiyədə 2024-2025-ci təlim-tədris ilinin ilk zəngi çalınıb.
Fhnews.az xəbər verir ki, bu gün ölkə üzrə ümumilikdə 74 min məktəbdə təxminən 20 milyon şagird və 1,2 milyon müəllim üçün yeni dərs ili başlayıb. Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən bu ildən ölkənin təhsil sistemində bir sıra yeniliklər həyata keçiriləcək. Bu çərçivədə “Türkiyə əsri” təhsil modeli çərçivəsində ölkədə yeni kurikulum sistemi başladılacaq. Yenilik, ilk növbədə, uşaq bağçalarında, 1-ci, 5-ci və 9-cu siniflərdə tətbiq olunacaq. Yeni kurikuluma görə dərslərin məzmunu 35 faiz sadələşdirilib. Yeni kurikuluma uyğun olaraq hazırlanan kitablar QR kodlar, animasiyalar, simulyasiyalar, rəqəmsal tarix, artırılmış reallıq və süni intellekt tərəfindən dəstəklənən tətbiqlər üzrə fəaliyyətləri əhatə edir. Bu da köməkçi tədris vasitələrinə ehtiyac olmadan tələbələrin öyrənmələrini təmin edir.
Bu tədris ilinin əsas gündəm mövzularından biri də ölkədə peşə və texniki təhsili daha da gücləndirməkdir. Bununla bağlı “Hər kəs bir peşə sahibi olmalıdır” şüarı ilə başladılan yeni tədris sistemi çərçivəsində peşə və texniki təhsili gücləndirəcək, peşəkar kadrların yetişdirilməsinə şərait yaradacaq bir sıra yeni təcrübələr həyata keçiriləcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...