22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün İstanbulun fəth edildiyi gündür

29-05-2024
IMG

Tarixi xronologiyaya görə, 6 aprel 1453-cü ildə ordularına verdiyi quru mühasirəsi əmri daha sonra dəniz mühasirəsi ilə birləşdirildi və II Mehmet arzuladığı fəthi həyata keçirdi. İstanbul 29 may 1453-cü ildə fəth edildi. 

İstanbulun fəthinin dünya və türk tarixinin möhtəşəm zəfərlərindən biri olduğunu deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik mesajinda duyğularını belə ifadə edib: 

"İstanbulun fəthinin 571-ci ildönümünü təbrik edirəm. Fəthin ruhunu anlamaq üçün bunun necə olduğunu bilmək lazımdır. Qəhrəman ordumuzun hərbi dühası, əzmkarlığı və əzmi ilə mübarək zəfər qazanıldı.Sevgili xalqımızın bir qitədə kök salmasını təmin edən fəthdən sonra İstanbul böyük dövlət xadimi Fatih Sultan Mehmetin tolerant və ədalətli idarəsi ilə müxtəlif inancların və mədəniyyətlərin bir arada yaşadığı mərkəzə çevrildi.”

Tarixinin izlərini günümüzə qədər daşıyan və sənətçilərə ilham mənbəyi olan İstanbulun Türkiyənin iş, maliyyə, ticarət, sənət, mədəniyyət və inanc mərkəzi olaraq dünyanın ən məşhur şəhərləri arasında olduğuna diqqət çəkən Prezident Ərdoğan əlavə edib ki, Fateh Sultan Mehmetin və onun qəhrəman əsgərlərinin İstanbulu fəth edərkən göstərdikləri inam və əzmi bu gün bizi Türkiyə Əsrinin hədəfinə çatmağa ruhlandırır.

Paylaş: