22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün 2 tonluq nəhəng  peyk  Yerə düşəcək

21-02-2024

Avropa Kosmik Agentliyi (ESA) tərəfindən 1995-ci ildə Yer kürəsinin qurusu, okeanları və qütb bölgələri haqqında məlumat toplamaq üçün buraxılan 2 tonluq ERS-2 peyki bu gün nəzarətsiz şəkildə Yerə düşəcək. Peykin hara düşəcəyi isə sirr olaraq qalır.

Beləliklə, Avropa Kosmik Agentliyi (ESA) tərəfindən 30 il əvvəl orbitə çıxarılan və 2011-ci ildə missiyasını başa vuran nəhəng ERS-2 peyki bu gün vətənə dönür.
Peykin atmosferə daxil olması bu gün baş tutacaq. ESA  təxminən 2 ton ağırlığında olan peykin atmosferə girərkən böyük ölçüdə yanacağını və parçalanacağını açıqlayıb.

Qalan bütöv parçaların Yer kürəsinə hara dəyəcəyi bəlli deyil. Lakin ESA bildirib ki, kosmos tullantıları nəticəsində insanın xəsarət alma riski 100 milyardda birdir.

Yer kürəsinin böyük bir sahəsi okeanlarla əhatə olunduğu üçün dənizə düşən dağıntılar ən çox ehtimal olunan ssenari kimi görünür. Agentlik bildirib  ki, bu maddələrin heç birində zəhərli və ya radioaktiv maddələr yoxdur.

Paylaş: