Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinqlər keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçiriləcək.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu il fevralın 19-dan 29-dək keçiriləcək monitorinqlər zamanı respublikanın 47 rayonunun (şəhərinin) 146 yaşayış məntəqəsində fəaliyyət göstərən 50 başdan yuxarı südlük istiqamətli iribuynuzlu heyvanların saxlanıldığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək.
Nümunələr bruselyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, bruselyoz xəstəliyi heyvanlar arasında geniş yayıldıqda ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandarlıq təsərrüfatlarında iqtisadi itkilərə səbəb ola bilir. Digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların bruselyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...