Britaniyanın sınaq raketinin buraxılışı uğursuz oldu
Britaniyanın HMS Vanguard nüvə sualtı qayığından Trident raketinin sınaq buraxılışı uğursuz nəticələnib və ölkənin müdafiə naziri Qrant Şappsın olduğu sualtı qayığın yanına düşüb.
“Sky News”un Müdafiə Nazirliyinin sözçüsünə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 30-da ABŞ-nın Florida ştatının sahillərində sınaq atışları zamanı baş verib. Sözçü nüvə başlığı daşıya bilən Trident raketinin sınaq buraxılışının uğursuzluğa düçar olmasına baxmayaraq, Böyük Britaniyanın nüvə qarşısının alınmasının təhlükəsiz və təsirli olmağa davam etdiyini qeyd edərək, məsələ ilə bağlı daha ətraflı məlumat paylaşa bilməyəcəklərini bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın sualtı qayıqdan Trident raketi atmaq cəhdi 2016-cı ildə də uğursuzluğa düçar olmuş və raket təyin olunmuş ərazidən kənarda bir nöqtəyə düşmüşdü.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...