22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Britaniyada “Pia” fırtınası müxtəlif fəsadlara səbəb olub

23-12-2023

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyada tüğyan edən “Pia” fırtınası müxtəlif fəsadlara səbəb olub.

Məlumata görə, İngiltərə və Uelsdə sarı həyəcan elan edilib. Saatda 185 kilometr sürətlə əsən külək damları qoparıb və yük maşınlarını aşırıb. Bir çox yerlərdə elektrik kəsilib.

Bundan başqa, qatar və aviareyslər ləğv olunub. Milad bayramı ərəfəsində bir çox britaniyalı və ölkəyə gələn qonaqlar uçuşların ləğvi səbəbindən ailələrinin yanına qayıda bilmirlər. London və Paris arasında dəmir yolu əlaqəsi, həmçinin bərələrin hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Etiketlər:
Paylaş: