22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Britaniyada 100-dən çox daşqın xəbərdarlığı verilib

21-10-2024
IMG

Böyük Britaniyada Eşli qasırğası bəzi bölgələri təsir altına alıb, nəticədə 100-dən çox daşqın xəbərdarlığı edilib.

Fhnews.az xəbər verir ki, İngiltərədə, o cümlədən Cənubi Kornuol sahillərində və Severn çayı boyunca yerləşən bir çox bölgələrdə 45 daşqın xəbərdarlığı (daşqının gözlənildiyi yerlər) qüvvədədir. Severn çayı öz məcrasından çıxdığı üçün Uster şəhərini su basıb.

Böyük Britaniyada daşqın riski yüksək olan daha 96 bölgə gecə ərzində yüksək həyəcan vəziyyətində saxlanılıb. Şotlandiyada isə Ətraf Mühit və Daşqın Agentliyi tərəfindən 47 daşqın xəbərdarlığı verilib, Uelsdə isə 8 xəbərdarlıq elan olunub. İrlandiyada on minlərlə ev bazar günü axşam elektrik enerjisiz qalıb. Mövsümün ilk qasırğası gün ərzində 53 minə qədər ev təsərrüfatını elektrik enerjisiz qoyub.

Eşli qasırğası həftəsonu nəqliyyat sistemində də xaosa səbəb olub. Belfast, Edinburq və Qlazqo daxil olmaqla, bir sıra hava limanlarında onlarla uçuş ləğv edilib və ya yönləndirilib. Dəmir yolu şəbəkəsinin bəzi hissələrində dağıntılar və kökündən çıxmış ağaclar ciddoki fəsadlar yaradıb.

Paylaş: