Britaniya bu gün sonuncu kömür elektrik stansiyasını bağlayır
İngiltərə bu gün sonuncu kömür elektrik stansiyasını bağlayaraq kömürlə işləyən elektrik enerjisi istehsalından çıxdığı üçün kömürsüz dövrə keçən ilk G7 ölkəsi olacaq.
İngiltərənin Nottingemşir bölgəsində yerləşən və Uniper tərəfindən idarə olunan Ratcliffe-on-Soarda elektrik enerjisi istehsalı bu gün başa çatacaq.
Beləliklə, 57 ildir elektrik enerjisi istehsal edən stansiya bağlanacağı halda, İngiltərənin kömürdən 142 illik elektrik enerjisi istehsalı dövrü də başa çatacaq
Londonda yerləşən beynəlxalq araşdırma mərkəzi “Ember”in təhlilinə görə, 1882-ci ildən bəri Britaniyanın elektrik istehsalında istifadə olunan kömürün payı 2012-ci ildə 39 faizə, 2019-cu ildə isə 2 faizə düşüb. Böyük Britaniya 2015-ci ildə kömürdən elektrik enerjisi istehsalını 2025-ci ilə qədər dayandıracağını açıqlamışdı.
Digər tərəfdən, elektrik enerjisi istehsalında kömürün payı azalarkən, günəş və külək enerjisinin payı artmışdır. Təbii qazdan elektrik enerjisi istehsal etməyə davam edən Böyük Britaniya 2030-cu ilə qədər tamamilə karbonsuz elektrik enerjisi istehsalı sistemini hədəfləyir.
“Ember”in təhlilinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında kömürün elektrik enerjisi istehsalındakı payı 2007-ci ildə 36 faizə çatdıqdan sonra keçən il 17 faizə düşüb.
Hazırda Təşkilata daxil olan ölkələrinin üçdə biri elektrik enerjisi istehsalına kömür daxil etmir. Bu ölkələr sırasına heç vaxt kömürdən istifadə etməyən Kosta-Rika, Estoniya və Litva, eləcə də kömür elektrik stansiyalarını bağlamış İsveçrə, Lüksemburq, Latviya, Belçika, İsveç, Avstriya, Portuqaliya, Norveç və Slovakiya daxildir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...