Braziliyada Dengue Fever epidemiyası: Ölənlərin sayı 100-ü keçib
Cənubi Amerika ölkəsi Braziliya Dengue Fever və ya sadə dildə desək dang qızdırması epidemiyası ilə mübarizə aparır. Ölkədə həyatını itirənlərin sayı 100-ü ötüb. Braziliya Səhiyyə Nazirliyi ölkədə yoluxanların sayının 650 mini keçdiyini açıqlayıb.
San-Pauludakı xəstəxanada Dengue Fever diaqnostikası mərkəzi yaradılıb. Hər gün 100-dən çox insanda bu xəstəlik aşkarlanır.
Ötən il ölkədə 2 milyon 350 mindən çox yoluxma faktı qeydə alınıb. Dengue Fever virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə qızdırma və sıx sümük ağrılarına səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilir.
Ölkədə xəstəliyə qarşı bu ayın əvvəlindən peyvənd kampaniyasına başlanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...