Braziliyada leysan və daşqınlar nəticəsində ölənlərin sayı 166 nəfərə çatıb
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında daşqın qurbanlarının sayı 166 nəfərə çatıb.
Fhnews.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mayın əvvəlindən davam edən leysan və daşqınlar nəticəsində 61 nəfər hələ də itkin düşüb. Daşqınlar başlayandan bəri 637 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Ümumilikdə, təbii fəlakətdən 2,3 milyon insan zərər çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...