22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Braziliyada köpəkbalıqlarının kokain testi müsbət çıxıb

26-07-2024
IMG

Braziliya alimləri Rio-de-Janeyro sahillərində balıq toruna düşən 13 rif köpəkbalığını araşdırıb.

Fhnews.az xəbər verir ki, “Science of the Total Environment” elmi jurnalında dərc olunan araşdırmanın nəticələri kokain ilə bağlı müsbət nəticə verib.

Tədqiqatçılar hesab edirlər ki, suda və heyvan nəcisində aşkar olunan böyük miqdarda kokain bu narkotiki istehsal edən qeyri-qanuni fabriklərlə əlaqəli ola bilər. Daha az əhəmiyyətli olsa da, digər mümkün amil qaçaqmalçıların kokain paketlərini dənizə atmasıdır.

“Narkotiklərin haradan gəldiyindən asılı olmayaraq, nəticələr Braziliyada kokain ticarətinin geniş olduğunu göstərir”, - deyə tədqiqatın rəhbəri Enriko Mendes Sakioro bildirib.

“The Guardian”nın məlumatına əsasən, Braziliyada o qədər də çox həcmdə kokain istehsal olunmur, lakin onun Avropaya ixracı genişdir.

Kokain əvvəllər bəzi dəniz heyvanlarında da tapılıb, lakin köpəkbalıqlarında bu səviyyə 100 dəfə yüksək olub.

Portuqaliyanın Leyriya Universitetinin ekotoksikoloqu Sara Novaysın sözlərinə görə, problemlərdən biri ondan ibarətdir ki, köpəkbalığının qaraciyərindəki zəhərli maddələr dişilərdə yumurta istehsalına mane ola bilər, bundan əlavə Braziliyada bir çox insan köpəkbalığı əti yeyir, buna görə də heyvanların bədənindəki yüksək dərəcədə kokainin olması sağlamlıq üçün təhlükə yarada bilər.

Lakin kokainin köpəkbalıqlarının orqanizminə hər hansı mümkün təsirləri olacağı müəyyən edilməyib. Bundan əvvəlki tədqiqatlar göstərib ki, maddələr insanlara olduğu kimi köpəkbalıqlarına da eyni təsir göstərir.

Paylaş: