Braziliyada kimyəvi qəza: dərə ağ köpüklə örtülüb
Braziliyanın təbii mənzərələri ilə məşhur olan Serra Dona Francisca bölgəsində yuyucu vasitə istehsalında istifadə edilən sulfon turşusu daşıyan yük maşınının qəzaya uğraması nəticəsində zəhərli kimyəvi maddə yol kənarındakı dərəyə tökülüb. Hadisəyə müdaxilə edən qruplar ərazidəki insanları təxliyə edib və zəhərli maddəni təmizləmək üçün böhran bürosu yaradıb.
Qəzada təmizlik məhsulları və yuyucu vasitələr istehsalında istifadə olunan sulfon turşusu daşıyan yük maşını döngədə qəzaya uğradığı üşün bütün zəhərli kimyəvi maddələr dərəyə və yola tökülüb. Bölgə əhalisini içməli su ilə təmin edən dərədən qidalanan sutəmizləyici qurğunun su girişi bağlanıb.Zəhərli kimyəvi maddəni təmizləmək üçün böhran bürosu yaradıb və təhlükəsizlik məqsədilə bölgədəki insanlar təxliyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...