Braziliyada güclü yağışlardan sonra evlərini itirənlərin sayı 9 minə yüksəlib
Ötən həftənin sonu Rio-de-Janeyronun şimal kənarlarında yağan güclü leysan 9 mindən çox insanı evsiz qoyub.
Fhnews.az xəbər verir ki, bu barədə Braziliyanın Sosial İnkişaf Departamenti öz saytında məlumat yayıb.
“Keçən həftəsonu yağan rekord yağışlardan sonra 9 mindən çox insan hələ də evlərinə qayıda bilmir. Yeddi yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib”, - deyə departamentin açıqlamasında məlumat verilib. Bundan əvvəl təbii fəlakətin nəticəsində evlərinə ciddi ziyan dəymiş 600-ə yaxın vətəndaşın olduğu bildirilirdi.
Keçən həftəsonu yağan yağış bu dövr üçün rekord vurub. Rio-de-Janeyronun təbii fəlakətlərin monitorinqi sisteminin məlumatına görə, şəhərin şimal bölgəsində və onun kənarındakı yaşayış məntəqələrində ən çox zərər çəkmiş ərazilərə həftəsonu 259 millimetr yağıntı düşüb ki, bu da bütün yanvar ayı üçün aylıq normaya bərabərdir. Nəticədə şəhər nəqliyyatının işi iflic olub, əsas magistral yollar su altında qalıb, 12 nəfər həyatını itirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...