22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Braziliyada daşqınlardan sonra yoluxucu xəstəliklər aşkarlanıb

26-05-2024
IMG

Braziliyada baş verən daşqın fəlakətindən sonra 54 nəfərdə su ilə yayılan Leptospiroz bakteriyası aşkar edilib. Rio Grande do Sul Əyalət Səhiyyə İdarəsi 4 nəfərin bakteriya səbəbiylə öldüyünü və 800 şübhəli hadisənin araşdırıldığını açıqlayıb.

Rio Grande do Sul Əyalət Sağlamlıq İdarəsindən verilən açıqlamada, Leptospiroz bakteriyasının su yolu ilə keçdiyi açıqlanıb.

Aparılan müayinələr nəticəsində mayın 23-nə 54 nəfərdə leptospiroz bakteriyasının aşkar edildiyi, 800 nəfərdə bu riskin olduğu, 4 nəfərin isə xəstəlik nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Rio Grande do Sul Dövlət Səhiyyə Departamentindən bakteriya haqqında verilən açıqlamada, “Leptospiroz, yoluxmuş heyvanların (əsasən siçovulların) sidiyi ilə birbaşa və ya dolayı yolla ötürülən kəskin qızdırmalı yoluxucu xəstəlikdir. Yoluxma zədələnmiş dəri vasitəsilə və ya uzun müddət çirklənmiş suda qaldıqda, zədələnmiş dəri və selikli qişalar vasitəsilə baş verə bilər. Semptomların görünməsi üçün tələb olunan vaxt 1 ilə 30 gün arasında dəyişə bilər. Leptospirozun əsas simptomları hərarət, baş ağrısı, zəiflik, bədən ağrıları  və titrəmədir.

Paylaş: