Braziliya Pantanal bölgəsindəki yanğınlarla mübarizəni davam etdirir
Braziliya dünyanın ən böyük şirin su bataqlığı ərazilərindən biri olan Pantanal bölgəsində yanğınlarla mübarizəni davam etdirir.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva bildirib. O qeyd edib ki, ərazidəki 54 yanğından 30-u söndürülüb.
“Bizim hələ 24 aktiv yanğınımız var, onlardan 13-ü artıq nəzarət altındadır. Bundan əlavə, təxminən üç yeni yanğın baş verib və biz onların da briqadalar tərəfindən söndürülməsini təmin etməyi planlaşdırırıq”, - deyə Silva yanğınlar və quraqlıqların aradan qaldırılması üçün keçirilən iclasdan sonra media nümayəndələrinə söyləyib.
Bildirilib ki, 15 təyyarə, 15 gəmi və üç hərbi baza ilə birlikdə 830 nəfər federal hökumət mütəxəssisi Pantanalda yanğınlarla mübarizə aparır.
Hazırda Federal Polis yanğınların səbəblərini araşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...