22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Braziliya aviaşirkətləri Argentinadakı tətilə görə onlarla reysi ləğv edib

21-01-2024

Braziliya aviaşirkətləri yanvarın 24-də bu ölkədə ümumi tətilin planlaşdırıldığı bir vaxtda Argentinaya uçuşları kütləvi şəkildə ləğv edir.

Fhnews.az xəbər verir ki, bu barədə “Latam” və “Gol” aviaşirkətlərinin saytlarında məlumat verilib.

"Argentinadakı tətil bütün hava limanının infrastrukturuna təsir edəcək və uçuşların ləğvi zəruri tədbirdir" – deyə “Gol” aviaşirkəti ləğv edilmiş reyslərlə bağlı sərnişinlərə mesaj göndərib.

Qonşu ölkəyə uçuşlar həyata keçirən Braziliyanın ikinci aviadaşıyıcısı olan “Latam” da öz saytında yanvarın 24-də uçuşların əvvəlcədən xəbərdarlıq edilmədən ləğv oluna biləcəyini bildirib.

Aviaşirkətlərin saytındakı məlumatlara görə, yanvarın 20-dən Braziliya və Argentina arasında ümumilikdə 33 reys ləğv edilib.

Argentinanın Ümumi Əmək Konfederasiyası yeni hakimiyyət orqanlarının apardığı islahatlara etiraz olaraq, yanvarın 24-nə tətil təyin edib. Tətilin 12 saat davam edəcəyi gözlənilir.

Paylaş: