22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Brayl əlifbasını ingilis dilinə çevirən qələm hazırlanıb

09-09-2024
IMG

Gözdən əlillərin oxumaq və yazmaq üçün istifadə etdiyi Brayl əlifbasını bilənlərin sayında azalma müşahidə olunub. Bəziləri bu azalmanı yaxşı təlimatçıların olmaması ilə, bəziləri isə texnologiyanın inkişafı ilə əlaqədar kağız üzərində oxumaq və yazmağa ehtiyacın azalması ilə əlaqələndirirlər.

Böyük Britaniyanın Bristol Universitetinin tədqiqatçıları həm Brayl əlifbası savadını artıran, həm də görmə qabiliyyəti zəif olan insanların ictimai yerlərdə daha rahat hərəkət etmələrini təmin edən cihaz hazırlayıblar. Qələm kimi cihaz Brayl şriftini oxumaq üçün xüsusi olaraq proqramlaşdırılmış 19 kanaldan ibarət bir santimetrlik sensorla təchiz edilib. 
Qabartma mətni silikon membranın altındakı kanallar vasitəsilə cihazın içərisindəki kameraya ötürülür. “Brayl ucu” adlanan yeni cihaz daha sonra mətni ingilis dilində ucadan oxuyur.Tədqiqatçılar öz nəticələrini Elektrik və Elektronika Mühəndisləri İnstitutu Tibb və Biologiya Mühəndisliyi Cəmiyyətinin bu həftə keçirilən Biotibbi Robototexnika və Biomexatronika üzrə 10-cu Beynəlxalq Konfransında təqdim ediblər.

Testlərdə yeni texnologiyanın ingilis dilində mətnlərin oxunmasında 84,5 faiz dəqiqliyə çatdığı qeyd edilib.
İstənilən qələmin ucuna taxıla bilən mexanizmin Brayl əlifbasını öyrənməyə çalışanlara kömək edəcəyi gözlənilir. Tədqiqatçılar bildirirlər ki, gözdən əlillərin bu yolla təlimatçıya ehtiyacı olmayacaq.Alimlər bildirirlər ki, bir əllə qələmdən istifadə edərkən digər əllə də Brayl əlifbası ilə yazılmış mətni izləmək olar.

Bundan əlavə, bu əlifbanı bilməyən gözdən əlillər ictimai nəqliyyatda və ya küçədə Brayl əlifbası ilə yazılan lövhələri asanlıqla başa düşə bilirlər.

Paylaş: