Böyük Britaniyada məcburi hərbi xidmətlər yeniden başlayacaq?
İkinci Dünya Müharibəsindən sonra İngiltərədə 1947-ci ildə tətbiq edilən icbari hərbi xidmət 1960-cı ildə başa çatıb.
İngiltərədə hakim Mühafizəkarlar Partiyasının sədri Rishi Sunak iyulun 4-də keçiriləcək ümumi seçkilərdə qalib gəldikləri təqdirdə məcburi hərbi xidmət təcrübəsini geri qaytaracaqlarını açıqlayıb. Qeyd edək ki, Böyük Britaniya İkinci Dünya Müharibəsindən sonra 1947-ci ildə o vaxtkı Leyboristlər Partiyası hökumətinin təşəbbüsü ilə 1960-cı ildə məcburi hərbi xidməti ləğv edib.
Mühafizəkarlar Partiyasının planına görə, gənclərə iki seçim təklif olunacaq.
Müvafiq olaraq, 18 yaşlı gənclər ya 12 ay tam ştatlı olaraq orduya qatılacaqlar, ya da ilin 25 günü hər ay bir həftə sonu könüllü olaraq ictimai işlərdə çalışacaqlar. Partiya planın təfərrüatlarını nəzərdən keçirmək üçün Kral Komissiyası yaratmağı təklif edir.
Plan qüvvəyə minərsə, ilk iştirak 2025-ci ilin sentyabrında olacaq. Britaniya KİV-lərinin məlumatına görə, hərbi xidmətə çağırış silahlı qüvvələrdə və ya kibermüdafiədə işləri əhatə edəcək. Könüllülük seçimində gənclər ilin 25 günü polis, yanğınsöndürmə, səhiyyə xidmətləri və ya yaşlı və tənha insanlarla işləyən xeyriyyə təşkilatları kimi təşkilatlarda çalışacaqlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...