22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Böyük Britaniya “İşa” qasırğasının təsirinə məruz qalıb

22-01-2024

Böyük Britaniyanın Meteorologiya Xidməti “İşa” qasırğasının səbəb olduğu güclü küləklə bağlı xəbərdarlıq edib.

Fhnews.az Sky News telekanalına istinadla xəbər verir ki, qasırğa artıq ölkədə nəqliyyat və ictimai xidmətlərdə fasilələrə müşayiət olunur. Təbii fəlakət krallığın şimalında 8 minə yaxın evi işıqsız qoyub. Əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmətin təmir briqadaları qəzaların öhdəsindən gələ bilmir.

Şotlandiyanın şimalında yerləşən bəzi rayonlarda vəziyyət xüsusilə çətindir. Burada küləyin sürəti saniyədə 40-45 metrə çatır. İrlandiyada isə 170 minə yaxın ev, təsərrüfat və müəssisənin elektrik enerjisi kəsilib.

Əlverişsiz hava şəraiti digər Avropa ölkələrində də çətinliklər yaradıb. Niderlandın paytaxtı Amsterdamda yerləşən “Schiphol” hava limanında 130-a yaxın aviareys ləğv edilib. Eyni zamanda, Fransada və İsveçdə kəskin hava şəraiti barədə xəbərdarlıq elan olunub.

Paylaş: