22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Böyük Britaniya adası böyüklüyündə aysberq Antarktika qitəsindən qopdu

22-05-2024
IMG

İngiltərənin cənubundakı Uayt adasına bərabər olan 380 kvadrat kilometrlik aysberqin Antarktidada materikdən ayrıldığı bildirilib.Son 3 ildə qitədəki Brunt Buz Şelfindən Paris və London kimi şəhərlərdən daha böyük parçaların ayrıldığı bilinərkən, ayrılan s2on aysberqin İngiltərədəki Uayt adasının böyüklüyündə olduğu deyilir. 

Antarktidada araşdırma aparan İngilis elm təşkilatının “British Antarctic Survey” Brunt Buz Şelfi  üzərindəki Halley Araşdırma Stansiyasındakı incələmələrinə görə, yeni ayrılan parçada ilk çatlar meydana gəlib.

Buz alimi Oliver Marsh aysberqin üzərinə yerləşdirdikləri qlobal yerləşdirmə sistemi  vasitəsilə xəbərdarlıq aldıqlarını ifadə edərək deyib ki, bir saat ərzində bir neçə yüz metrlik bir hərəkət aşkar etdik. Bu, aysberqin ayrıldığının ən böyük göstəricisi idi. 
“British Antarctic Survey”in paylaşdığı peyk görüntülərində aysberqin su ilə əhatə olunduğu və qitədən ayrıldığı görülüb.

Qeyd edək ki,  2017-ci ildən Brunt Buz Şelfində yerləşən Halley Araşdırma Stansiyasının alimləri son illərdə baş verən hərəkətlərdən narahat olduqlanı bildirib.

Paylaş: