Böyük Baryer rifində temperatur son 400 ilin ən yüksək səviyyəsinə çatıb
Avstraliyalı tədqiqatçılar dünyanın ən böyük mərcan rifi kimi tanınan Böyük Baryer rifində okean sularının temperaturunun son 10 ildə 400 ilin ən yüksək səviyyəsinə çatdığını müəyyən ediblər. Melburn Universiteti də daxil olmaqla ölkənin müxtəlif universitetlərindən tədqiqatçılar mərcan nümunələrindən istifadə ediblər.
Okean temperaturunun 1900-cü ildən əvvəl ümumiyyətlə sabit olduğunu bildirən tədqiqatçılar, 1960-2024-cü illər arasında bu temperaturun yanvar-mart ayları arasında müntəzəm olaraq artdığını müəyyən ediblər.
Tədqiqatçılar 2016-2024-cü illər arasında, yəni mərcan ağartmasının yüksək səviyyədə görüldüyü illərdə- yanvar-mart dövründə okean temperaturlarının 1618-ci ildən bu yana daha yüksək səviyyələrə çatdığını bildiriblər.
Buna uyğun olaraq, tədqiqatçılar okean sularının istiliyinin son 10 ildə 400 ilin ən yüksək səviyyədə olduğunu qeyd edərək, ən yaxın yüksək temperatur səviyyəsinin 2004-cü ildə qeydə alındığını bildiriblər.
Rifin təhlükədə olduğuna diqqət çəkən tədqiqatçılar iqlim dəyişikliyi ilə bağlı heç bir addım atılmaması halında dünyanın təbiət möcüzələrindən birinin yox olma təhlükəsi ilə üz-üzə qalacağını deyirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...