22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bosniya və Herseqovinadakı parkın  Van Qoqun  "Ulduzlu gecə"sinə bənzər mənzərəsi

15-09-2024
IMG

Bosniya və Herseqovinanın Visoko şəhəri yaxınlığındakı park Vinsent van Qoqun “Ulduzlu gecə” adlı unudulmaz əsərindəki mənzərəni tam əks etdirir. Visokolu Halim Zukiç 1889-cu ildə qaldığı sanatoriyada otağının pəncərəsindən görünən gecəni təsvir edən Van Qoqun ən unudulmaz əsərlərindən olan "Ulduzlu gecə"ni təbiət parkına çevirib. 

Holland post-impressionist rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkdiyi bu  əsərin maraqlı tarixçəsi var. 1889-cu ilin iyununda çəkilmiş rəsm günəş doğmadan əvvəl onun Sen-Remo-de-Provansdəki sanatoriya otağının şərqə baxan pəncərəsindən xəyali bir kəndin əlavə olunduğu mənzərəni təsvir edir. Əsər 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyində saxlanılır.

Paylaş: