Bosniya və Herseqovinadakı Drina çayı ekoloji fəlakət astanasında
Bosniya və Herseqovinanın şərqindəki Vişeqrad şəhərində Drina çayının səthində təbiətə ziyan vuran zibil və plastik tullantılar ekoloji fəlakət siqnalı verir. Bölgəyə yağan güclü yağışlar nəticəsində Serbiya və Monteneqrodan gələn tonlarla zibil, əsasən də plastik butulkalar Vişeqraddan keçən çayın səthinə yığılır.
Yerli hökumət ekoloji fəlakətin qarşısını almaq üçün səy göstərsə də, bu, yetərli olmur.
Bosniya və Herseqovinanın digər çaylarında da oxşar problemlər var. Çaylar tullantılarla doludur və anoloji vəziyyət Serbiya və Monteneqroda da müşahidə edilir.
Çaydan gələn tullantılar ölkənin qida zəncirinə təsirsiz qalmır. Tullantıların nizamsız şəkildə atılması insanların sağlamlığı üçün böyük nəticələrə səbəb ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...