22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bosniya və Herseqovinada yağan leysan yağışlar nəticəsində 4 şəhəri sel basıb

04-10-2024
IMG

Bosniya və Herseqovinada yağan güclü yağışlar Yablanica, Konjiç, Fojnitsa və Kresevo şəhərlərində daşqınlara səbəb olub. Yablanitsa daşqından ən çox zərər çəkən yer olsa da, sürüşmə səbəbindən bir çox yollar nəqliyyata bağlanıb. Yablanitsada məscid tamamilə su altında qalıb.

Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə Rəyasət Heyətindən  edilən açıqlamada, ilkin təsbitlərə görə, Yablanicada 5 nəfərin həyatını itirdiyi bildirilib. Yerli media isə  bu rəqəmin daha çox olduğu qeyd edib.

Konjiç, Fojnitsa və Kresevoda bir çox ev su altında qalarkən, havadan çəkilən görüntülər evlərin əksəriyyətinin zərər gördüyünü göstərib.

Bosniya və Herseqovina Müdafiə Nazirliyindən verilən açıqlamada, itkilərin baş verdiyi daşqınlarda vertalyotların axtarış-xilasetmə işlərinə cəlb edildiyi açıqlanıb.

Seldən zərər çəkmiş ərazilərdə məktəblərin bağlandığı, ictimai nəqliyyatın bir müddət xidmət göstərməyəcəyi qeyd edilib.

Paylaş: