Bosniya və Herseqovinada sel və daşqın nəticəsində həlak olanlara görə matəm elan edilib
Bosniya və Herseqovinada sel, daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanlara görə oktyabrın 8-i milli matəm günü elan edilib.
Fhnews.az xəbər verir ki, ölkədə iki inzibati vahiddə - Serb Respublikası ilə Bosniya və Herseqovina Federasiyasında, eləcə də xüsusi statusa malik Brçko bölgəsində dövlət bayrağı yarıya qədər endirilib, ictimai yerlərdə mədəni-əyləncə proqramları qadağan olunub.
Sel və torpaq sürüşməsi 21 nəfərin həyatına son qoyub. Beşi Yablanitsa, dördü Konyiçdə olmaqla itkin düşən 9 nəfərin axtarışı davam edir.
Serbiyadan, Monteneqrodan, Sloveniyadan, Türkiyədən və Xorvatiyadan olan mülki müdafiə qüvvələrinin də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən və texniki axtarış vasitələrindən istifadə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...