Bosniya və Herseqovinada müharibədə dağıdılan tarixi Sinan bəy məscidi ibadətə açılır
1992-1995-ci illərdə Bosniya və Herseqovina müharibəsi zamanı serblər tərəfindən dağıdılan və Vəqflər Ümumi Müdirliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində orijinal halında yenidən inşa edilən Sinan bəy məscidi iyulun 12-də ibadətə açılır.
1570-ci ildə Osmanlı baş vəziri Sokullu Mehmed Paşanın kürəkəni Sinan bəy tərəfindən Cajnicedə tikilən və 8 iyun 1992-ci ildə serblərin hücumu nəticəsində dağıdılan tarixi məscidin yenidən qurulması üçün 2016-cı ildə təməlqoyma mərasimi keçirilib.Hazırda Vəqflər Ümumi Müdirliyi və Bosniya və Herseqovina İslam Birliyi tərəfindən dəstəklənən yenidənqurma işləri başa çatıb.
Layihə çərçivəsində yenidənqurma işlərində XVI əsrdə tikilmiş məscidin sökülməsindən sonra ərazidə tapılan xarabalıqlardan da istifadə edilib.Gorajde Müftisi Remzi Pitic hazırlıqları tamamladıqlarını və məscidi yenidən ibadət üçün açmağa hazır olduqlarını söyləyib.
Bosniya və Herseqovinanın memarlıq baxımından ən gözəl məscidlərindən biri sayılan binanın yenidən açılışına ölkə daxilindən və xaricdən çoxlu sayda insanın gəlməsi gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...