22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bosniya və Herseqovinada Drina çayının səthi tullantılarla örtülüb

15-01-2024

Bosniya və Herseqovinada Drina çayının ölkənin şərqindəki Vişeqrad şəhərindən keçən hissəsi zibil və plastik tullantılarla örtülüb.

Fhnews.az xəbər verir ki, bu, ekofəalların narazılığına səbəb olub, hazırkı vəziyyət “ekoloji fəlakət” kimi qiymətləndirilib. Bildirilir ki, çayın səthindəki tullantıların qida zəncirinə daxilolma ehtimalı var və bu, ciddi mənfi nəticələrə səbəb ola bilər.

Ekoloqların fikrincə, çaydakı vəziyyət Bosniya və Herseqovina, Serbiya və Monteneqronun ümumi problemidir. Bunun qısamüddətli deyil, uzunmüddətli həll yolu tələb etdiyi vurğulanıb.

Son vaxtlar güclü yağışlardan sonra çayın səviyyəsi qalxıb, ətrafdakı zibil və tullantılar suyun səthində toplanıb. Nəticədə çayın səthi zibil, müxtəlif plastik və digər tullantılarla örtülüb.

Hazırda çayın tullantılardan təmizlənməsi üçün müxtəlif qurğulardan və avadanlıqlardan istifadə edilir.

Paylaş: