Bosniya və Herseqovinada daşqın azı 14 nəfərin həyatına son qoyub
Bosniya və Herseqovinada aramsız leysan yağışları mərkəzi və cənub regionlarda sel və daşqına səbəb olub.
Fhnews.az xəbər verir ki, kiçik çayların məcrasından çıxması nəticəsində evləri su basıb, avtomobillər, yollar və küçələr su altında qalıb. Torpaq sürüşməsi səbəbindən bir çox kənd və qəsəbə yolları bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb.
Yablanitsa və Kiselyak şəhərləri daşqından ən çox zərər çəkən bölgələrdir. Yablanitsada 14 nəfər həlak olub, xilasetmə qrupları itkin düşənlərin axtarışlarını davam etdirir.
Bosniya və Herseqovina Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç bildirib ki, müvafiq qurumlar sel fəlakətinin təsirlərini ən qısa zamanda aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görür və xalqa kömək edir.
Müdafiə naziri Zukan Helez isə orduya daşqından zərər çəkmiş bölgələrdə mülki əhalinin xilas olunması üçün əməliyyatlara iştirak etməyi tapşırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...