22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bosniya və Herseqovinada 5,2 bal gücündə zəlzələ olub

31-12-2023

Bosniya və Herseqovinanın mərkəzi hissələrində yerləşən Zenitsa şəhəri yaxınlığında yerli vaxtla saat 21.43-də 5,2 bal gücündə zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin paylaşdığı məlumatlara görə, yeraltı təkanların episentri Zenica şəhərindən 10 kilometr şimal-qərbdə olub.

Zəlzələ paytaxt Sarayevo başda olmaqla ölkənin bir çox şəhərində hiss olunub. Ölkə mətbuatında zəlzələnin son dərəcə güclü olması ilə bağlı vətəndaşların açıqlamaları yer alarkən, dağıntı olmadığı da paylaşılıb.

Etiketlər:
Paylaş: