22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Boris" qasırğası Avropanı vurub

16-09-2024
IMG

“Boris” qasırğasının yaratdığı leysan yağışlar Mərkəzi və Şərqi Avropada daşqınlara səbəb olub. Üç gündür davam edən fırtına nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyi bildirilib. Çaylarda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən Çexiyada ən azı 10 min 500 insanın evlərindən təxliyə edildiyi bildirilib.

Ölkənin şimal-şərqindəki Krnov şəhərinin merinin müavini Miroslav Binar açıqlamasında bildirib ki, şəhərin 70-80 faizi su altındadır. Paytaxt Praqanın təxminən 235 kilometr şərqindəki Lipova-lazne kəndi yaxınlığında çaya düşən avtomobildə olan 3 nəfərin axtarışları davam edir. Polşanın Baş naziri Donald Tusk ölkənin cənub və cənub-qərbində baş verən daşqınlarla bağlı təbii fəlakət elan edib.

Paylaş: