Bolqarıstan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar
Bolqarıstan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, məqsəd Kozloduy Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi və nüvə enerjisindən dinc məqsədlər üçün qarşılıqlı faydalı əsasda istifadə olunması çərçivəsində əməkdaşlığın genişləndirilməsidir.
Bolqarıstan hökuməti yanvarın 25-də Amerikanın AP1000 texnologiyasından (Westinghouse tərəfindən hazırlanmış iki dövrəli III+ nəsil nüvə reaktoru) Kozloduy AES-in ərazisində iki nüvə reaktorunun tikintisi üzrə əməkdaşlıq haqqında ABŞ ilə saziş layihəsini təsdiqləyib. Müqavilə parlament tərəfindən ratifikasiya edilməlidir. Bolqarıstan 2034-cü ilə qədər yeddinci, daha iki-üç il ərzində isə səkkizinci atom elektrik stansiyası blokunu işə salmağı planlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...