22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Boliviyada quraqlıq və şaxta nəticəsində 13 min ailə evlərini tərk etməyə məcbur olub

06-06-2024
IMG

Boliviyada güclü quraqlıq və şaxta azı 39 bələdiyyəyə təsir edib, əkin sahələrini məhv edib və 13 min ailə evlərini tərk etməyə məcbur olub.

Fhnews.az xəbər verir ki, bununla bağlı ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, quraqlıq dövrü hələ yeni başlayıb və artan su qıtlığının əhaliyə təsiri gözlənilir.

Mülki Müdafiə Nazirliyinin hesabatına görə, quraqlıq daha çox Boliviyanın Santa Kruz, La Paz, Beni və Potosi departamentlərindəki bələdiyyələrə təsir edib.

Məlumatda bildirilib ki, şaxta və dolu 30 bələdiyyədə fəsadlar törədib, 32 min 687 ailəyə təsir edib.

Xuan Karlos Kalvimontes hökumət rəsmilərinin bu ailələrə humanitar yardımın çatdırılmasını təmin edə bilməsi üçün yerli liderlərlə görüşəcəyini qeyd edib.

Paylaş: