BMU tələbəsi Astanada keçirilən hakatonda 3-cü yeri tutub
Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “Build With AI For Sustaniable Growths” hakatonunda 3-cü yeri tutub.
BMU-dan verilən məlumata görə, USAID, “StrategEast”, “Google”, “Astana Hub” şirkətlərinin təşkil etdiyi yarışmada o, “Oğuz” komandasının lideri kimi ölkəmizi təmsil edib.
Ümumilikdə 7 ölkədən 21 komanda finalda yarışmaq hüququ qazanıb. Azərbaycanın 5 komanda ilə təmsil olunduğu yarışmada BMU tələbəsi ölkəmizdən yeganə iştirakçı kimi adını qaliblər sırasına yazdırıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...