BMU-İNHA İDP tələbələri Koreyada yay məktəbində: ilk həftə maraqlı tədbirlərlə yadda qalıb
Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində I kurs tələbələri üçün Koreya Respublikasının İnçon şəhərində təşkil olunan 3 həftəlik yay məktəbinin ilk həftəsi maraqlı tədbirlərlə yadda qalıb.
Fhnews.az xəbər verir ki, BMU-dan verilən məlumata görə, yay məktəbində tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif tədbirlər və gəzintilər təşkil edilib. Bu tədbirlərdən biri kimi yay məktəbində iştirak edən digər əcnəbi tələbələrlə (Almaniya, Polşa, Özbəkistan, Çin, Rusiya) birgə "Caribbean Bay & Everland" istirahət mərkəzinə tur təşkil olunub. Bununla yanaşı, İNHA Universitetinin əməkdaşları ilə BMU tələbələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Ümumilikdə 122 tələbənin iştirak etdiyi yay məktəbində müxtəlif fənlərlə bərabər, gücləndirilmiş formada Koreya dili də tədris olunur.
Yay məktəbinin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir. Yay məktəbində iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
Avqustun 16-dək davam edəcək yay məktəbinin sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...