BMU-da distant təhsillə bağlı təlim təşkil olunub
Bakı Mühəndislik Universitetində (BMU) müəllimlər üçün “Google Meet” tətbiqinin istifadə qaydalarına dair təlim təşkil olunub.
BMU-dan verilən məlumata görə, Strategiya və keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova təlimin müəllimlərin onlayn təhsil bacarıqlarını artırmaq, prosesə tam hazırlıq məqsədi daşıdığını bildirib.
Sonra şöbənin baş mütəxəssisi Fuad Qəhrəmanov “Google Meet” təhsil platformasının məzmunu, burada dərslərin təşkili qaydaları haqqında geniş məlumat verib.
Təlimdə dərslər üçün yaradılmış linklərin, həmçinin tələbə e-maillərinin elektron təhsil platformasına yerləşdirilməsi kimi zəruri məqamlar iştirakçılara əyani izah olunub. Həmçinin BMU-nun distant təhsil təcrübəsinə malik olması, üstəlik “Google Classroom” ilə bağlı keçirilmiş təlimlərdə müəllimlərin artıq müəyyən təcrübə qazanmaları vurğulanıb, gələn həftədən etibarən onlayn tədrisin uğurlu təşkil ediləcəyinə inam ifadə olunub.
Təlim sual-cavab sessiyası ilə davam edib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...