BMT Ümumdünya Okean Günü münasibətlə müraciət yayıb
Bu gün, iyunun 8-də dünya ictimaiyyəti Ümumdünya Okean Gününü qeyd edir.
Fhnews.az xəbər verir ki, BMT bu münasibətlə hökumətlərə və vətəndaş cəmiyyətlərinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, 2024-cü ildə Ümumdünya Okean Günü “Yeni dərinlikləri oyandır” devizi altında qeyd edilir. “BMT okeanla münasibətlərimizin yaxşı olmasına necə ehtiyac olduğunu nümayiş etdirmək üçün qərar qəbul edənlər, yerli liderlər, alimlər, özəl sektor rəhbərləri, vətəndaş cəmiyyəti, görkəmli ictimai-siyasi və mədəniyyət xadimləri və gənc fəallarla birgə fəaliyyət göstərir. Bugünədək səylərimiz lazımi səviyyədə olmadığı üçün təcili dəyişikliklər aparılmalıdır. Okean üçün genişmiqyaslı fəaliyyəti stimullaşdırmaq, yeni dərinlikləri oyatmaq lazımdır”, -deyə təşkilat vurğulayıb.
BMT diqqətə çatdırıb ki, okean planetin 70 faizindən çoxunu əhatə edir. Müraciətdə daha sonra deyilir: “Okean bizim həyat mənbəyimizdir, bəşəriyyətin və yer üzündəki bütün canlıların ruzisini dəstəkləyir. Bundan başqa, okean planetin oksigeninin ən azı 50 faizini istehsal edir, yerin biomüxtəlifliyinin əksəriyyəti buradadır və dünyada bir milyarddan çox insan üçün əsas protein mənbəyidir. 2030-cu ilədək okean əsasında fəaliyyət göstərən sənayelərdə təxminən 40 milyon insanın işlə təmin ediləcəyi təxmin olunur. Bütün faydalarına baxmayaraq, hazırda okeanın özünün dəstəyə ehtiyacı var. Böyük balıq populyasiyalarının 90 faizinin tükənməsi və mərcan riflərinin 50 faizinin məhv olması həyəcanverici faktlardır. Biz okeanın tükənməyən saydığımız, ancaq getdikcə yoxsullaşan sərvətlərini bərpa etməliyik”.
Təşkilat vurğulayıb ki, Ümumdünya Okean Günü okeanların gündəlik həyatda oynadığı mühüm rolu xatırladır. Onlar planetimizin ağciyərləri, əsas qida və dərman mənbəyi, həmçinin biosferin mühüm hissəsidir. Bu əlamətdar günün qeyd olunmasının məqsədi insan fəaliyyətinin okeana təsiri barədə ictimaiyyəti məlumatlandırmaq, vətəndaşların okean üçün ümumdünya hərəkatını inkişaf etdirmək və dünya əhalisini dünya okeanının davamlı idarə olunması layihəsində iştiraka səfərbər etməkdir.
Bu il BMT iyunun 7-də Nyu-Yorkdakı Baş Qərargahında Ümumdünya Okean Günü münasibətilə xüsusi tədbir təşkil edib. Təşkilatın Hüquq Məsələləri Ofisinin Okean işləri və dəniz hüququ şöbəsinin ev sahibliyi etdiyi və “Oceanic
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...