BMT: Ruandada Marburq virusundan 11 nəfər ölüb
Ruandada Marburq virusuna yoluxma ilə bağlı 36 hal müəyyən edilib, onlardan 11-i ölümcül olub.
Fhnews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Hazırda ölkənin 30 rayonundan 7-də təsdiqlənmiş 36 yoluxma, eləcə də 11 ölüm halı var”, - o deyib.
ÜST rəhbəri əlavə edib ki, 25 xəstə təcrid olunub və onlara tibbi yardım göstərilir, onlarla təmasda olan 300 nəfər isə nəzarət altında saxlanılır.
Xatırladaq ki, bu həftənin əvvəlində ÜST Ruandada ölümcül Marburq virusunun yayılması riskini milli səviyyədə çox yüksək qiymətləndirdiyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...