BMT-nin baş katibi bütün tərəfləri Qırmızı dənizdə eskalasiyadan qaçmağa çağırıb
BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Fhnews.az xəbər verir ki, bu barədə brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Baş katib öz gəmilərini qoruyan bütün BMT-yə üzv dövlətləri qətnamədə göstərildiyi kimi, bunu beynəlxalq hüquqa uyğun etməyə çağırır. Baş katib bir daha bütün tərəfləri Qırmızı dəniz və bölgədə münaqişənin daha da gərginləşməsinin qarşısını almağa çağırır”, - deyə o vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...