22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT: Hindistan 21-ci əsrdə ən çox əhalisi olan ölkə olaraq qalacaq

12-07-2024
IMG

Birləşmiş Millətlər Təşkilatı  2023-cü ildə Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacaq. 1910-cu il milli siyahıyaalınması, 3 min 189 sorğu və 1950-2023-cü illər arasında həyata keçirilən əhalinin qeydiyyat sistemlərindən əldə edilən məlumatlardan istifadə edilərək yaradılan "Dünya Əhalisinin 2024-cü Durumu" hesabatında Hindistan əhalisinin bu il 1,45 milyard olduğu təyin edilib. Bildirilib ki, ölkə 2100-cü ilə qədər ən çox əhalisi olan ölkə olaraq qalacaq.

Qeyd olunub ki, Hindistan əhalisinin sayı 2054-cü ildə pik həddinə çatacaq və təqribən 1,7 milyard nəfərə çatacaq. Əhalinin sayının 2054-cü ildə azalmağa başlayacağı təxmin edilir.

Hesabatda dünya əhalisinin yaxın 50-60 ildə artmağa davam edəcəyinə diqqət çəkilir və 2080-ci illərdə bu rəqəmin təxminən 10,3 milyarda çatacağı proqnozlaşdırılır.

Paylaş: