BMT: Havanın çirklənməsi Pakistanda 11 milyon uşağın sağlamlığına təhlükə yaradır
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Pakistanın şərqindəki Pəncab əyalətində havanın çirklənməsi səbəbindən 11 milyon uşağın sağlamlığının təhlükə altında olduğu barədə xəbərdarlıq edib.
UNICEF-in Pakistan nümayəndəsi Abdullah Fadil öz bəyanatında hökuməti Pəncabda hava çirkliliyindən təsirlənən 5 yaşından kiçik 11 milyon uşaq və digərləri üçün havanın çirklənməsini azaltmaq üçün təcili və daha çox səy göstərməyə çağırıb.
Hava çirkliliyinin 11 milyon uşağın sağlamlığını təhdid etdiyini xəbərdar edən Fadıl deyib ki, bu rekord səviyyədə olan hava çirkliliyindən əvvəl Pakistanda 5 yaşından kiçik uşaqların ölümlərinin təxminən yüzdə 12-si hava çirkliliyindən qaynaqlanırdı.
Bu il də davam edən hava çirkliliyinin təsirlərini qiymətləndirməyin zaman alacağını bildirən Abdullah Fadıl havadakı çirklənmənin miqdarının iki-üç dəfə artmasının xüsusilə uşaqlar və hamilə qadınlar üçün dağıdıcı təsirlərinin olacağını vurğulayıb.
Pakistanda hökumət hava çirkliliyinin rekord həddə çatması səbəbindən Pəncabın ən sıx məskunlaşdığı bəzi şəhərlərindəki parkları, zooparkları, muzeyləri və tarixi yerləri noyabrın 17-dək bağlayıb.
Bildirilir ki, hökumət çirklənmə ilə mübarizə üçün süni şəkildə yağış yağdırmaq üsulunu araşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...