BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var
Hər beşinci ukraynalı ailə ərzaq qıtlığı yaşayır.
Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) “X” sosial hesabında bildirilib.
Təşkilatın qışda 2,4 milyon insana aylıq həm ərzaq, həm də pul yardımı etdiyi qeyd edilir. Ümumilikdə Ukraynada yaşayan 14 milyon insanın humanitar yardıma ehtiyacı var. Birbaşa qida rasionu ilə yanaşı, nağd pul paylama proqramı da həyata keçirilir.
Son hesabata görə, 2023-cü ilin dekabrında ÜƏP ehtiyacı olan 600 minə yaxın insana müxtəlif formalarda nağd şəkildə təxminən 17,5 milyon dollar yardım ayırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...